twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Beynəlxalq təşkilatlarla əməkdaşlıq

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam,  standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, malların mənşə ölkəsinin müəyyən edilməsi sahələrində mövcud milli  qanunvericilik sənədlərinin, həmçinin Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilə və sazişlərin təkmilləşdirilməsi, yeni sənəd layihələrinin hazırlanması istiqamətində beynəlxalq təşkilatlar və ölkələrlə qarşılıqlı əməkdaşlıq edir.

Beynəlxalq iqtisadi təşkilatlar və maliyyə institutları ilə qarşılıqlı və səmərəli əlaqələrin mövcudluğu DX-nin fəaliyyətinin mütəmadi olaraq beynəlxalq standartlara uyğunlaşdırılmasında faydalı rola malikdir. Bu sırada MDB, GUAM, Avropa Akkreditasiya Təşkilatı, Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı Təşkilatı (İLAC), Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO),  Beynəlxalq Elektrotexniki Komissiya (İEC), Avropa Standartlaşdırma Komitəsi (CEN), Çəkilər və ölçülər üzrə baş konfrans (Beynəlxalq Metrologiya təşkilatı), Beynəlxalq qanunverici metrologiya təşkilatı (OİML), Coomet regional metrologiya təşkilatı (Dövlət Metrologiya İnstitutlarının Avro Asiya əməkdaşlıq təşkilatı), Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə MDB dövlətlərarası şura (МГС), İslam konfransı təşkilatı üzvü olan ölkələrin Standartlaşdırma, Metrologiya İnstitutu (SMİİC) və s. təşkilatlarla əlaqələri qeyd etmək olar.

Mövcud əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir: