twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat  (GUAM)

1997-ci ildə yaradılmış Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat  (GUAM)   4 ölkə, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova çərçivəsində formalaşmışdır. 20 iyul 2002-ci ildə GUAM-ın üzv dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında Saziş imzalanmışdır. Saziş, ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, xidmət və malların sərbəst hərəkəti üçün münbit şərait yaratmalı idi.  Sazişin şərtinə görə tərəflər malların sərbəst hərəkəti və ticarət rejiminin tətbiq edilməsi məqsədilə malların mənşəyinin müəyyən edilməsi Qaydalarını hazırlamalı və tətbiq etməyi öhdələrinə götürürdülər. Bununla əlaqədar,  malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları Gürcüstan tərəfindən hazırlanaraq, baxılması üçün GUAM Katibliyinə təqdim edilmişdir. Həmin dövrdən GUAM çərçivəsində malların mənşə ölkəsinin müəyyən edilməsi haqqında Qaydalar layihəsinin müzakirəsində İMEM-in ekspertləri aktiv iştirak edirlər

Sənəd layihəsi ilə bağlı müzakirələr zamanı İMEM ekspertləri tərəfindən Azərbaycan ixracatçılarının mənafeyini əks etdirən mühüm əlavə və düzəlişlər təklif edilmiş və həmin təkliflərin əksəriyyəti üzv dövlətlər tərəfindən qəbul edilmişdir. Sənəd layihəsinin müzakirəsi GUAM-ın İşçi Orqanı çərçivəsində davam etdirilir.