logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Avropa Standartlaşdırma Komitəsi (CEN)

Avropa Standartlaşdırma Komitəsi (CEN) Avropa İttifaqı tərəfindən rəsmən qəbul edilmiş standartlaşdırma sahəsində fəaliyyət göstərən 3 əsas  təşkilatdan biridir. CEN-in əsas funksiyası bütün maraqlı tərəflərin: biznes-sənayə dairələrinin, xidmət sferasının, dövlət sektorunun, elmi-tədqiqat mərkəzlərinin və istehlakçı maraqlarının mövqeyini nəzərə almaqla konsensus əsaslı, könüllü və mütərəqqi Avropa standartlarının işlənib hazırlanmasından ibarətdir. CEN-in 34 tamhüquqlu üzvü var, təşkilatın 330 Texniki Komitəsi və 1530 İşçi Qrupunun sıralarında müxtəlif ölkələrdən 200000-dən çox beynəlxalq ekspert fəaliyyət göstərir.

Azərbaycan Respublikası CEN-də Nazirlər Kabinetinin 17/17/4699-22 saylı 22 oktyabr 2008-ci il tarixli tapşırığına uyğun olaraq 2011-ci ildən assosiativ üzv statusunda təmsil olunur.

Azərbaycan Standartlaşdırma İnstitutu 2018-ci ilin aprel ayından etibarən CEN-də Tərəfdaş Standartlaşdırma Orqanı ( Companion Standardization Body - CSB) statusunda təmsil olunur. Bu təmsilçilik Avropa standartlarına maneəsiz çıxış əldə etmək, milli standartları Avropa standartları ilə harmonizasiya etmək, eləcə də yerli mütəxəssislərə təşkilatın istənilən texniki komitəsinin işində müşahidəçi statusunda iştirak etmək imkanı verir.