twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO)

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) 1947-ci ildə yaradılmış, müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatıdır. Dünyanın 164 milli standartlaşdırma orqanı təşkilatda təmsil olunur. İSO-nun əsas funksiyası könüllü, konsensus əsaslı, bazar yönümlü beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir. İSO-nun mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

İSO standartları məhsul və xidmətlərin təhlükəsizliyinin, etibarlılığının və keyfiyyətinin qarantıdır. Onlar biznes üçün strateji alət olmaqla istehsal xərclərini minimuma endirməklə, resurslardan daha qənaətlə və səmərəli istifadə etməklə və ətraf mühitə daha az zərər verməklə istehsal qabiliyyətinin artırılması və rəqabətqabiliyyətli xidmət təklif olunmasına imkan verir. Bu da öz növbəsində yeni bazarlara çıxış şansı, dünyada ədalətli və azad ticarətin təşviqi və ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bütün ölkələr üçün barəbər iqtisadi inkişaf imkanlarının qazanılması deməkdir. Bugünə qədər İSO tərəfindən 22447 beynəlxalq standart işlənib hazırlanmışdır.

Azərbaycan Respublikası İSO-da 7 iyul 2003-cü il tarixindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tam hüquqlu üzv olaraq təmsil olunur.

Eyni zamanda, yerli ekspertlərimiz İSO-nun 14 Texniki Komitəsində müşahidəçi və tam hüquqlu üzv olaraq iştirak edir.

Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından İSO-nun tam hüquqlu üzvüdür.