twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisinin (UOKİK) ekspertləri Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin əməkdaşlarına təlim keçib

Təlim standart müqavilələrdə ədalətsiz müddəalar və onların süni intellekt vasitəsilə müəyyən edilməsi, rəqəmsal bazarlarda istehlakçı hüquqlarının qorunması və digər məsələləri əhatə edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisinin (UOKİK) ekspertləri ölkəmizə səfər ediblər. Səfər çərçivəsində UOKİK-in nümayəndələri – fəlsəfə üzrə elmlər doktoru Martina Derşnyak-Naurjan və Pyotr Adamçevski ölkələrində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tədbirlər, mövcud praktika ilə bağlı Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin əməkdaşlarına təlim keçiblər. 

İki gün davam edən tədbirdə  Polşa Respublikasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericilik siyasəti, standart müqavilələrdə ədalətsiz müddəalar və onların süni intellekt vasitəsilə müəyyən edilməsi, rəqəmsal bazarlarda istehlakçı hüquqlarının qorunması, UOKİK tərəfindən bu sahədə atılan addımlar nəzərdən keçirilib.

Dövlət Xidmətinin nümayəndələri Elşən Cəfərov və Yusif Tapdıqlı təqdimatlarla çıxış edərək ölkədə istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən işlər barədə təlimçiləri məlumatlandırıblar.

İnteraktiv formatda təşkil olunan təlimin sonunda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, Dövlət Xidməti və UOKİK arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd: 2023-cü ildə Azərbaycan Respublikası İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib. Məlumat üçün bildirək ki, ICPEN-nin fəaliyyətinə rəhbərlik edən UOKİK, həmçinin 2023-2024-cü illərdə fəaliyyət göstərən ICPEN Məsləhət Qrupuna da sədrliyi həyata keçirir.