logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Salyan şəhərində sahibkarlarla görüş təşkil edilib

Regionlarda keçirilən maarifləndirici görüşlər istehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların hüquq və vəzifələri, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələbləri istiqamətində məlumatlılığın artırılmasına töhfə verir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir. Növbəti görüş Salyan şəhərində Dövlət Xidmətinin 5 saylı regional bölməsinin xidmət dairəsinə daxil olan bölgələrdə (Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Salyan, Neftçala) fəaliyyət göstərən biznes subyektləri üçün təşkil olunub.

Görüşdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov, Salyan Rayon İcra Başçısının müavini Təranə İsmayılova açılış nitqi ilə çıxış ediblər. Daha sonra isə Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təqdimatla çıxış edib.

Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən söz açılıb, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasının vacibliyi vurğulanıb. İstehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb, mal və xidmətlər əldə edilməsinə dair müəyyənləşdirilmiş qaydalar, zəmanət öhdəlikləri barədə məlumat verilib.

Daha sonra Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin səmərəliliyinin artırılması üzrə görülən işlər və hədəflər, o cümlədən gözləntilər diqqətə çatdırılıb. İstehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının vacibliyi vurğulanıb, onlara qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tövsiyələr verilib.