ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət satınalmalarının təşkili mövzusunda seminarlar davam edir

Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti seminar keçirib. Bu dəfə təlim Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) üzvləri üçün təşkil olunub.

"Dövlət satınalmalarının sahəsində sahibkarların maarifləndirilməsi" mövzusunda keçirilən interaktiv təlimdə satınalmalarda iştirakın planlaşdırılması, ixtisas uyğunluğu göstəriciləri, müqavilənin icrası, elektron satınalmalarda iştirakın əyani təqdimatı, satınalma sənədləri, təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi barədə məlumat verilib.

150-dək sahibkarın iştirak etdiyi seminarda mübahisəli məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.