twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Akkreditasiya Mərkəzi

“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır.

Mərkəz uyğunluğu qiymətləndirən qurumların (sınaq və kalibrləmə laboratoriyalarının, məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması orqanlarının, şəxslərin sertifikatlaşdırılması orqanlarının, inspeksiya orqanlarının, idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanlarının və etalon material istehsalçılarının) akkreditasiyasını “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirir.

Mərkəzin qarşısında duran əsas vəzifə milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və uyğunluğun qiymətləndirməsinin nəticələrinin beynəlxalq tanınmasının təmin edilməsidir. Bu məqsədlə Mərkəz akkreditasiya sahəsində mövcud olan beynəlxalq və regional təşkilatlarla, digər ölkələrin akkreditasiya qurumları ilə sıx əməkdaşlıq edir.

Mərkəz 2017-ci ilin noyabr ayından Avropa Akkreditasiya Təşkilatının (EA), 2018-ci ilin mart ayından isə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatın (İLAC) assosiativ üzvüdür.

1. Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar:

  • sınaq laboratoriyaları;
  • kalibrləmə laboratoriyaları;
  • məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar;
  • heyətin sertifikatlaşdırılması üzrə orqanlar;
  • inspeksiya orqanları;
  • idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar;
  • etalon material istehsalçıları.

2. Uyğunluq sertifikatlarının reyestrinin aparılması