logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Standartlaşdırma İnstitutu

Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına  əsasən milli standartlaşdırma qurumu kimi təsis edilmiş və standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik İnstituta həvalə edilmişdir.

İnstitutun əsas fəaliyyət istiqamətləri:

  • Milli standartların hazırlanması, qəbulu və ləğv edilməsi
  • Dövlət Standartlar Fondunun idarə edilməsi
  • Texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrinin aparılması
  • Standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi
  • Uyğunluğun qiymətləndirilməsi istiqamətində (sertifikatlaşdırma və laborator sınaqları) fəaliyyət göstərilməsi

Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarında təmsil edilməsi:

  • 2017-ci ildən Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) tamhüquqlu üzv
  • Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında iştirakçı (Affiliate Country Program)
  • Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda   təmsil olunması.
  • Standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması

2017-ci ildən İnstitut ISO-nun tamhüquqlu üzvü olmaqla yanaşı Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda   təmsil olunur.