twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

İclasda rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar, o cümlədən Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoruna dair icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. İclas Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin müzakirəsinə həsr edilib.

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev açılış nitqlərində müvafiq Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə məlumat veriblər.

İclasda rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalara, həmçinin dövlət müəssisələrinin fəaliyyətində sağlam rəqabətin təmin olunması istiqamətində nəzarət mexanizmlərinə nəzər salınıb. İyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin biznes mühitinin səmərələliliyinin artırılmasına mümkün təsirləri müzakirə edilib. Şirkətlərdə innovasiyanı aktivləşdirən ictimai xidmətlər barədə məlumat verilib, əqli mülkiyyət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiya sistemləri tətbiqinin önəmi qeyd olunub. 

İclas zamanı sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakını təşviq edən yeni qanunvericilik müddəalarının, o cümlədən cari ilin 1 yanvar tarixindən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinin effektivliyi diqqətə çatdırılıb. Satınalmaların rəqəmsallaşmasının səmərəlilik göstəricilərinin artım dinamikasına təsir imkanları vurğulanıb.

Sonda müvafiq Yol Xəritəsində qarşıya qoyulan hədəflərin operativ icrası istiqamətində məsləhətləşmələr aparılıb.

Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.