ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinin əməkdaşları VIII Avrasiya Antiinhisar Forumunda iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyinin və Rəqabət Siyasətinin İnkişafı və Qorunması Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Avrasiya Antiinhisar Forumunda təmsil olunub.

Tədbirdə Avropa Komissiyası, Avrasiya İqtisadi Komissiyası, Müstəqil Dövlətlər Birliyinin antiinhisar orqanları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Forum dəyişən reallıqda rəqabətin qorunması və dəstəklənməsi, əmtəə bazarlarında hökmran bazar mövqeyinə yanaşmalar və rəqabətin təmin edilməsi kimi məsələlərin müzakirəsinə həsr olunub.

Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev tədbirdə “Azərbaycanda institusional islahatlar və transformasiya layihələri”, “Haqsız rəqabət sahəsində hüquqi-praktiki təcrübə” mövzularında təqdimatla çıxış edib.

Qeyd edək ki, Avrasiya Antiinhisar Forumu bazarların antiinhisar tənzimlənməsi məsələləri üzrə dövlət orqanlarının təmsilçiləri, ekspertlər və biznes mühitinin nümayəndələri arasında təcrübə mübadiləsi üçün nəzərdə tutulmuş beynəlxalq platformadır.