logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Tədbir Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi ilə əlaqədar qida, qeyri-qida, tikinti, turizm, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən biznes assosiasiyaları və sahibkarlıq subyektləri, eləcə də konsaltinq şirkətlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib.

Seminarda Dövlət Xidmətinin Təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: Hökmran mövqe anlayışı, hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və iqtisadi təmərküzləşmələr” mövzusunda təqdimatla çıxış edib. Təsərrüfat subyektinin müvafiq bazarda hökmran mövqe tutmasına gətirib çıxaran müstəsna vəziyyət, rəqabətin məhdudlaşdırılmasına, o cümlədən haqsız rəqabətə səbəb olan hallar, təsərrüfat subyektlərinin bazar gücü, razılıq alınması tələb olunan təmərküzləşmələr ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.

Bundan əlavə,  rəqabət orqanı tərəfindən həyata keçirilən dövlət nəzarətinin metodları, eləcə də rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, maliyyə sanksiyalarından azadolma halları və güzəştlərlə bağlı Məcəllədə əks olunan müddəalar diqqətə çatdırılıb.