twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinin nümayəndələri VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR) iştirak edib

“Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər” adlı panel sessiyasında iqtisadiyyatların davamlı və rəqabətqabiliyyətli inkişafının təmin olunmasında mövcud tendensiyalar və problemlər təhlil edilib, ortaq rəqabətin təşviqinə dair məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR) iştirak ediblər.

23-26 may tarixlərində “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi” mövzusunda təşkil edilən konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Konfransın açılışında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle çıxış ediblər. Yaşıl enerji transformasiyasının müasir enerji siyasətlərinin əsas strateji hədəflərindən biri kimi dayanıqlı iqtisadi inkişafa töhfələrindən bəhs ediblər.

Tədbirin ikinci günündə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və UNEC-in birgə təşkilatçılığı ilə baş tutan “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər” adlı panel sessiyasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli açılış nitqi ilə çıxış edib, dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi rəqabətin rolu və bu prosesdə optimal tənzimləmə meyarlarının tətbiqindən danışıb.

Bildirilib ki, ölkə iqtisadiyyatının sürətli inkişafı, qlobal inteqrasiya və dəyişən biznes modellərinin təsirilə dünyada gedən transformasiya prosesləri yeni rəqabət qanunvericiliyinin – Rəqabət Məcəlləsinin tətbiqini zəruri edib. Eyni zamanda, Məcəllədə ortaq rəqabəti təşviq edən tənzimləmə alətlərinin mövcudluğu da diqqətə çatdırılıb.

Panel müzakirəsi Dövlət Xidmətinin rəis müavini Cəfər Babayevin moderatorluğu ilə davam etdirilib. Müzakirədə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın,  “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Rəqabət Şöbəsinin baş eksperti Maria Pilar Canedo Arrillaga spiker qismində çıxış ediblər.