logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri ilə görüş keçirilib

İki ölkənin antiinhisar orqanları arasında əməkdaşlıq məsələləri və müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri Aleksey İqoreviç Boqdanov arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı rəqabət, antiinhisar siyasəti, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də müvafiq istiqamətlər üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə həmçinin bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi, o cümlədən ilin əvvəlindən etibarən tətbiqinə başlanılan “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə geniş məlumat verilib, rəqabət sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan bəhs edilib.

Tərəflər biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə hər iki ölkədə həyata keçirilən antiinhisar nəzarəti və haqsız rəqabətə qarşı mübarizə sahəsində dövlət siyasəti barədə fikir mübadiləsi aparıblar. Həmçinin rəqabətin təşviqi, müvafiq sahədə qanunvericiliyin tətbiqi, reklam fəaliyyətinə dövlət nəzarətinin təşkili və istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə əməkdaşlıq məsələləri də geniş müzakirə edilib.