Xocalı soyqırımı XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu kütləvi qırğın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun əldə etdiyi qələbələr Xocalı soyqırımına qarşı verilmiş ədalətli cavabdır. Bu gün Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağı əzmlə dalğalanır. Bu, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə yanaşı, soyqırımı zamanı həyatını itirən insanların ruhuna dərin hörmətin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.





