twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri ilə bağlı görüş keçirilib

Görüşdə Rəqabət Məcəlləsində yer alan yeni hüquqi alətlərin əhəmiyyətindən bəhs edilib, qanunvericilik aktının düzgün tətbiq edilməsində məhkəmələrin roluna dair müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Ali Məhkəməsi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri arasında Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı görüş keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, hakimləri və digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Rəqabət Məcəlləsində yer alan yeni hüquqi alətlərdən bəhs edilib, qanunvericilik aktında nəzərdə tutulan tənzimləmələrlə bağlı müzakirələr aparılıb.

Qeyd olunub ki, rəqabəti məhdudlaşdıran sazişlərin, iqtisadi təmərküzləşmələrin, hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması və təbii inhisar  subyektlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə təkmilləşdirilmiş hüquqi mexanizmlər  və alətlər ölkədə biznes mühitinin inkişafı üçün yeni imkanlar yaradacaq.

Bundan əlavə, Məcəllədə yer alan müddəaların düzgün tətbiqində məhkəmələrin rolundan bəhs edilib, məhkəmə aidiyyəti məsələsi, rəqabət orqanı tərəfindən barəsində qəbul edilmiş maraqlı şəxslərin rəqabət orqanının qəbul etdiyi qərar və göstərişlərdən məhkəməyə müraciət etmək hüququnun olması barədə müzakirələr aparılıb.