logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti sertifikatlaşdırma sahəsində nəzarət tədbirlərini davam etdirir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan akkreditasiya edilmiş qurumların fəaliyyətinə nəzarəti davam etdirir.

Aparılan araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumlar tərəfindən uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkar olunub. Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC tərəfindən müxtəlif təsərrüfat subyektlərinə verilən 26 sayda, “Aqrosert” MMC tərəfindən 4 sayda, “Az-Quality Cert” MMC tərəfindən 10 sayda və “Certus” MMC tərəfindən 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib.

Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib. Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.