Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. Tədbirdə İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının və əvvəlki Protokolda qərara alınan tədbirlərin icra vəziyyəti və qarşıda duran məsələlər müzakirə edilib.
İşçi qrupunun üzvləri arasında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli 1376 Fərmanı ilə verilən tapşırıqların icra vəziyyəti və bununla əlaqədar hazırlanan normativ hüquqi aktların layihələri barədə fikir mübadiləsi aparılıb.
Özəl sektorun nümayəndələri ilə birlikdə qarşılıqlı müzakirələr formatında keçən iclasa İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Smart Solutions Group" şirkətinin, “AzVirt" MMC-nin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrı qatılıb.
Görüşün sonunda Fəaliyyət Planında növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin icrasının vaxtında və səmərəli təmin edilməsi məqsədilə müvafiq qərarlar qəbul edilib.