logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

Oktyabrın 2-də “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Plenar iclasda millət vəkilləri ilə yanaşı, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli də iştirak edib.

Hökmran mövqenin müəyyən edilməsi, təbii inhisar subyektləri üzərində rəqabət nəzarətinin həyata keçirilməsi, Məcəllədə nəzərdə tutulan məsuliyyət tədbirlərinin preventiv-çəkindirici funksiyası, Rəqabət Komissiyasının yaradılması, say tərkibi və fəaliyyətinin təşkili məsələləri plenar iclasda geniş müzakirə edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.