Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Sumqayıt Dövlət Universitetinin tələbələri üçün açıq dərs keçirilib

Maarifləndirici tədbirdə bazar münasibətlərində rəqabətin məhdudlaşdırılmasına səbəb ola biləcək davranış formaları əyani misallarla izah olunub, bu kimi halların qarşısının alınmasına dair Rəqabət Məcəlləsində təsbit olunmuş tənzimləmə alətlərinə dair məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün rəqabətin təmin edilməsi mövzusunda açıq dərs təşkil olunub.

Açıq dərsdə Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin sektor müdiri Rövşən Camalov “Rəqabətin təmin olunmasının üstünlükləri” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı rəqabət siyasətinin əsas prinsipləri tələbələrin diqqətinə çatdırılıb, bazarda rəqabəti məhdudlaşdıran sazişlərin mahiyyəti izah edilib. Eyni zamanda hökmran mövqenin müəyyənləşdirilməsi meyarları, bu mövqedən sui-istifadə halları, eləcə də rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin mahiyyəti və təşkili barədə məlumat verilib.

Tədbir zamanı rəqabət qanunvericiliyinin pozulmasına görə tətbiq edilən məsuliyyət tədbirləri və  bu sahədə mövcud tənzimləmə mexanizmləri barədə də geniş izahlar təqdim olunub.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.