Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlik ilə Özbəkistan Respublikasının Sənaye Kooperasiyası və Dövlət Satınalmaları Agentliyi arasında onlayn görüş keçirilib

Görüşdə Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər və hüquqi alətlər barədə fikir mübadiləsi aparılıb, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə istiqamətində görülən işlər müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Sənaye Kooperasiyası və Dövlət Satınalmaları Agentliyi arasında onlayn formatda görüş keçirilib.

Görüşün məqsədi iki ölkə arasında dövlət satınalmaları sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparmaq olub. Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından şöbə müdiri Zəminə Əliyeva, Özbəkistan Respublikasının Sənaye Kooperasiyası və Dövlət Satınalmaları Agentliyi adından isə idarə rəisi Abror Qadoyev çıxış edib.

Görüş çərçivəsində hər iki ölkənin dövlət satınalmaları sisteminin cari vəziyyəti, hüquqi və institusional əsasları, mövcud elektron satınalma platformaları, satınalma prosedurlarının təşkili və nəzarət mexanizmləri barədə ətraflı məlumatlar təqdim olunub. Həmçinin rəqəmsal texnologiyalar və süni intellektdən istifadə imkanları, o cümlədən satınalma proseslərinin təhlili, risklərin müəyyənləşdirilməsi, məlumatların emalı və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlərdən bəhs olunub.  

Görüş zamanı Dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) və Özbəkistanın “Shaffof” elektron platforması, onların funksional imkanları və satınalma proseslərində əlçatanlığın artırılmasında rolundan bəhs olunub.

Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq perpsektivləri müzakirə edilib.