logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nəzdində qurulması planlaşdırılan laboratoriyalarla bağlı müzakirələr aparılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdə olub. Səfər çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK ÜME)  görüş keçirilib.

Görüşdə milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nəzdində qurulması planlaşdırılan laboratoriyalarla bağlı müzakirələr aparılıb. Bildirilib ki, institutlar arasında həyata keçirilən bu layihə metrologiya sahəsində ölçmə imkanlarının artırılmasına və müxtəlif sahələrdə dəqiq ölçmələrin icra olunmasına töhfə verəcək. Eyni zamanda, tərəflər arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub.

Səfər çərçivəsində İMEM-in nümayəndə heyəti TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən müasir laboratoriyalarla da tanış olub.

Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na  uyğun olaraq Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nəzdində laboratoriyaların yaradılması nəzərdə tutulub.