Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentliyin rəhbərliyi Milli Biznesin İnkişafı Forumunun növbəti xüsusi sessiyasında iştirak edib

Tədbir çərçivəsində Agentliyin rəhbər heyəti dövlət-özəl dialoqunun genişləndirilməsi, biznes mühitindəki müasir çağırışlar, sahibkarlıq subyektlərinin real təcrübələrinə əsaslanan məsələlər və qanunvericiliyin tələbləri ilə bağlı müzakirələrdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun növbəti xüsusi sessiyası keçirilib. Tədbirdə qida, yükdaşıma və logistika, tikinti, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, eləcə də “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev tədbirdə açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı sahibkarlarla açıq və konstruktiv tərəfdaşlıqların qurulması istiqamətində təşəbbüslərə diqqət çəkilib, biznes ictimaiyyətinin iqtisadi dayanıqlılığın möhkəmləndirilməsində rolu vurğulanıb.

Bildirilib ki, ötən il bu platforma çərçivəsində dövlət satınalmaları və rəqabət qanunvericiliyinin tələblərindən irəli gələn məsələlərin müzakirəsi baş tutub. Sahibkarlar tərəfindən irəli sürülən təkliflər, Agentliyin mövcud tənzimləmə təcrübəsi və Azərbaycan Respublikasının İqtisadi Şurasının tərkibində yaradılan Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupun iclasları çərçivəsində baş tutan müzakirələr nəticəsində dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində layihə hazırlanıb. Layihədə dövlət satınalmalarına əlçatanlığın artırılması, satınalma prosedurlarının sadələşdirilməsi və rəqabətliliyin artırılmasına dair normaların yer aldığı vurğulanıb.

Bundan əlavə, tədbir çərçivəsində rəqabət, istehlakçı hüquqlarının müdafiəsi, keyfiyyət və dövlət əyar nəzarəti sahələrində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə geniş məlumat verilib.

Panel müzakirələri ilə davam etdirilən Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev, sədr müavini İlqar Həsənov və aparat rəhbəri Tural İsmayılov sahibkarların suallarını cavablandırıb, Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı irəli sürülən təkliflərə qanunvericiliyin tələbləri ilə uzlaşma baxımından praktiki izahlar veriblər.