twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Metrologiya İnstitutunda Ümumdünya Metrologiya gününə həsr edilmiş tədbir keçirilib

Tədbir zamanı dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda 20 May - Ümumdünya Metrologiya Günü münasibətilə dövlət və özəl müəssisələrin metroloqları üçün maarifləndirici tədbir təşkil olunub.  

Tədbirdə İnstitutun metroloji xidmətlərindəki yeniliklər, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işinin təşkili, milli etalon bazasının təkmilləşdirilməsi və digər prioritet məsələlər müzakirə olunub.

Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Azərişıq” ASC, Azərsu ASC, Azəriqaz İB, Azərsun Holdinq MMC, SOCAR, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və metroloji xidmət göstərən özəl təşkilatların nümayəndələri iştirak edib.

Tədbir zamanı dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb, elmi-praktiki təlimlərin və sahə üzrə xidmətlərin təşkili istiqamətində qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Sonda İnstitutun temperatur, kütlə, elektrik, təzyiq, sıxlıq, özlülük, vaxt və tezlik, ionlaşdırıcı şüalanma və radioaktivlik ölçmələri üzrə dövlət ilkin etalon laboratoriyalarına baxış keçirilib.

Qeyd: Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Texniki Əməkdaşlıq sahəsində Çərçivə Proqramına əsasən Azərbaycan Metrologiya İnstitutunun tabeliyində Dozimetrik, Spektrometriya (alfa, beta və qamma üzrə) və Radon etalon laboratoriyaları yaradılıb. Sözügedən laboratoriyalarda dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işləri həyata keçirilir. Əhalinin sağlamlığı, ətraf mühitin qorunması və təhlükəsizliyi üçün radiasiya və şüa terapiyası sahələrində dəqiq ölçmələrin aparılması təmin edilir.