Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb

Sahibkarlıq subyektləri və istehlakçılar qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb. Bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.

Laboratoriyada göstərilən xidmətlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının idxalçıları, istehsalçıları və istehlakçılarının hüquqlarının qorunmasına, habelə dövlət maraqlarının müdafiəsinə xidmət edir.

İstehsalçılar, idxalçılar, satıcılar, istehlakçılar və digər maraqlı tərəflər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatların qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün Agentliyin tabeliyindəki İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 271
  • Tel: (+994 12) 493 47 83 (3189); Mobil: (+994 50) 340 61 31
  • E-poçt: office@ekspertiza.az
  • Rəsmi internet səhifəsi: www.ekspertiza.az

Qeyd edək ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də yeni laboratoriyaların qurulması sahəsində Agentlik tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.