logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar aksiya keçirilib

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçirilən 2 günlük aksiya çərçivəsində istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.

15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə istehlakçılara ödənişsiz hüquqi yardım göstərilib.

İki gün davam edən aksiya ölkənin dörd şəhərində - Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində təşkil edilib. Dövlət Xidməti və Vəkillər Kollegiyasının nümayəndələri istehlakçıların şikayət və təkliflərini dinləyib, onlara müvafiq izahat və tövsiyələr verilib. Vətəndaşlara həmçinin istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib, bu hüquqlarının təmin edilməsində Dövlət Xidmətinin, məhkəmələrin və mərkəzi icra hakimiyyəti orqanlarının rolu izah olunub.

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir.