Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Həmçinin Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi qoyulub.
Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi və siyasi müdrikliyi ilə ölkəmizin regionda və beynəlxalq arenada nüfuzunun yüksəlməsində, iqtisadi potensialının möhkəmlənməsində əvəzsiz xidmətlər göstərib. Ömrünü xalqına və Azərbaycanın yüksəlişinə həsr etmiş Ulu Öndərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onun uzaqgörən siyasəti və idarəetmə təcrübəsi bugünkü və gələcək nəsillər üçün nümunə olacaq, zəngin irsi xalqımızın milli sərvəti kimi daim qorunacaqdır.











