Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Tədbirdə rəqabət siyasətinin prinsipləri və Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində mobil telefon və məişət cihazlarının pərakəndə satışı sahəsində fəaliyyət göstərən mağaza şəbəkələrinin nümayəndələrinin iştirakı ilə Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici seminar keçirilib.

Tədbirdə Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə, həmin şöbənin Antidempinq araşdırmaları sektorunun müdiri Gündüz Camalzadə isə “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı rəqabət siyasətinin prinsipləri iştirakçıların diqqətinə çatdırılıb, Rəqabət Məcəlləsində təsbit olunmuş üfüqi və şaquli sazişlərin mahiyyəti, hökmran mövqe vəziyyətinin təsbit edilməsi üçün əsas meyarlar, hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri və məsuliyyət tədbirləri barədə məlumat verilib.

Seminar çərçivəsində iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb, praktiki nümunələr əsasında izahlar verilib.