twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı seminar keçirilib

Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi, Britaniya Standartları İnstitutu (BSİ) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Yaxşı idarəçilik güclü fəaliyyəti və dayanıqlı inkişafı təmin edir” mövzusunda beynəlxalq seminar keçirilib.

İki gün davam etmiş seminarda idarəetmə sahəsində ən yaxşı beynəlxalq təcrübələr, korporativ idarəetmənin əsas prinsipləri və elementləri, risk və imkanların təsnifatı nəzərdən keçirilib. Bundan əlavə, iştirakçılar beynəlxalq standartlaşdırma təşkilatının (ISO) idarəetmə standartları, o cümlədən “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” standartı, performansın monitorinqi, ölçülməsi, biznes tərəfdaşlarının idarəedilməsi  və digər mövzularda məlumatlandırılıb.

Seminarda Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhərində yerləşən müvafiq dövlət qurumları və özəl sektordan nümayəndələr iştirak ediblər.