twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Türkiyə Rəqabət Qurumunun nümayəndələri ilə görüş keçirilib

Mütəxəssislər tərəfindən Dövlət Xidmətinin aidiyyəti sahələr üzrə çalışan əməkdaşları üçün seminar keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri ilə görüş keçirilib. Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib. Bundan əlavə, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub.

Səfər çərçivəsində Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri tərəfindən Dövlət Xidmətinin aidiyyəti sahələr üzrə çalışan əməkdaşları üçün seminar keçirilib. Dörd gün davam edən seminarda iştirakçılar müəssisələrarası müqavilələr, hökmran mövqedən sui-istifadə, qanun pozuntularının növləri, sübut olunma meyarları və digər mövzularda məlumatlandırılıb.

Qeyd: Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində 25 fevral 2020-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu" imzalanıb.

Memorandumda araşdırmalar sahəsində rəqabət qaydalarının pozulması, rəqabət orqanları və milli tənzimləyici orqanlar arasındakı münasibətlər və digər məsələlərə dair təcrübə mübadiləsi öz əksini tapıb.