twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az” yeniləndi

“Etender.gov.az” - dövlət satınalmaların vahid internet portalının istifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilib. Yeni interfeysdə məlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq edilib. Bu yeniliklərə müsabiqələrin paylaşılması üçün fərdi keçidlərin hazırlanması və mobil versiyanın yaradılması daxildir.

Qeyd edək ki, 1 mart 2019-cu il tarixindən istifadəyə verilən portal dövlət investisiyaları vəsaiti hesabına həyata keçirilən müsabiqələrdə geniş rəqabət mühitinin yaradılmasına  və satınalma prosedurlarında şəffaflığın təmin edilməsinə xidmət edir.

Dövlət satınalmalarının vahid internet portalının operatoru olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən portalda təkmilləşdirmə işləri davam etdirilir. Cari dəyişikliklərin tam siyahısı, o cümlədən digər yeniliklər barədə portalın xəbərlər bölümü vasitəsilə ətraflı məlumat əldə etmək olar.