twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclası keçiriləcək

11 noyabr 2021-ci il tarixində saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclası keçiriləcək.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülən işlərin və işçi qrupun əvvəlki iclasında qərara alınan tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək. Bununla yanaşı, iclasda növbəti il üçün Fəaliyyət Planı ilə bağlı təkliflərin müzakirə edilməsi planlaşdırılır.

Dovlət-biznes dialoqunun genişləndirilməsi məqsədilə iclasda iştirak etmək və təkliflər vermək istəyən özəl sektorun nümayəndələri https://azranking.az/az/online-apply və https://azranking.az/az/protocols-announcements/emtee-bazarinin-semereliliyi-ve-reqabet-isci-qrupunun-iclasi keçidləri vasitəsilə müraciət edə bilərlər.