twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Naxçıvanda “Dövlət satınalmaları haqqında” yeni Qanununun tətbiqi ilə bağlı təlim keçirilib

Dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri və digər əlaqədar mövzular barədə təlim iştirakçılarına məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair Naxçıvan Muxtar Respublikasının dövlət satınalan təşkilatlarının aidiyyəti mütəxəssisləri üçün təlim keçirilib. 

Tədbiri giriş sözü ilə açan Muxtar Respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, qanunun dəyişməsi və tam elektron satınalma mexanizmi müvafiq sahədə şəffaflığın və operativliyin daha da artırılmasına öz töhfəsini verəcək. Həmçinin cari ildən Naxçıvanda dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr və “etender.gov.az” portalında həyata keçirilən müsabiqələrin sahibkarlıq subyektlərinin fəal iştirakına zəmin yaratdığı vurğulanıb.

Təlimdə satınalma sahəsində Qanunla nəzərdə tutulan yeniliklər, onun üstünlükləri və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təkliflərin qiymətləndirilməsi və digər əlaqədar mövzular ətrafında müzakirələr baş tutub, iştirakçılara zəruri izahlar verilib.

Qeyd: 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Muxtar Respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib. Təlimlərdə ümumilikdə, 90-dan çox  müəssisə və təşkilat iştirak edib.