İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “İstehlakçıların hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyət bölgüsü” mövzusunda seminar keçirilib.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Qida Təhlükəsizliyi Agentliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri iştirak edib.
Seminar iştirakçıları istehlakçı hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyətlərinin dəqiq müəyyən edilməsi istiqamətində təkliflərin hazırlanması barədə müzakirələr aparıblar.