twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə bir sıra iri assosiasiyaların nümayəndələri üçün seminar keçirilib

Məcəllədə təsbit edilmiş yeni anlayışlara dair izahlar verilib, sağlam rəqabət mühitinin formalaşdırılmasında Məcəllənin rolundan bəhs edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən əsas məqamlara dair növbəti maarifləndirici seminar keçirilib. Seminarda Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası, Tikinti Materiallarının İstehsalçıları Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təmsilçiləri və digər biznes subyektlərinin 70-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə Dövlət Xidmətinin nümayəndələri çıxış ediblər. 01 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin yeni iqtisadi və sosial çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək zərurətindən irəli gələrək hazırlandığı və qəbul edildiyi diqqətə çatdırılıb.

Daha sonra Məcəllənin strukturu, üstünlükləri, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri barədə təqdimat edilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.