logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Mediatorlar üçün keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının mediatorlar üçün birgə təşkil etdiyi maarifləndirmə kurslarının növbəti mərhələsi başa çatıb.

İstehlakçı hüquqlarının müdafiəsinə dair keçirilən təlimdə əsas məqsəd mediatorların bu sahədə bilik və bacarıqlarının artırılması, onların fəaliyyətinin daha effektiv qurulması, məhkəmələrin iş yükünün azaldılması və mübahisələrin qısa müddətdə həllinə nail olunmasıdır.

3 gün davam edən təlimdə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri, istehlakçının hüquq və vəzifələri, istehlak bazarına nəzarət tədbirləri, təbii inhisarlara dövlət nəzarəti və s. məsələlər barədə məlumat verilib, iqtisadi mübahisələrin məhkəmədənkənar alternativ həlli üsullarının tətbiqinin önəmi vurğulanıb.

Qeyd edək ki, təlimlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Mediasiya Şurası arasında imzalanmış Memoranduma uyğun olaraq həyata keçirilib. Təlimlərdə iştirak edən mediatorlara sertifikat təqdim olunub.