logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində dərman idxalçıları ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində dərman vasitələrinin idxalını, topdan və pərakəndə satışını həyata keçirən əsas bazar iştirakçıları ilə görüş keçirilib. 

Görüşdə dərman vasitələrinin üzərində Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş qiymətlərin qanunvericiliklə müəyyən olunmuş qaydada göstərilməsinin və satışın tənzimlənmiş qiymətlərə uyğun aparılmasının vacibliyi vurğulanıb. Apteklərdə satılan dərman vasitəsi olmayan digər məhsulların da satışında qiymət intizamına əməl edilməsi, malların dəyişdirilməsi və qaytarılması ilə bağlı qanunvericiliyin tələbləri müzakirə edilib.

Görüş iştirakçıları istehlak bazarına nəzarət və istehlakçı hüquqları, eyni zamanda Dövlət Xidmətinin dərman vasitələri haqqında qanunvericilik sahəsində səlahiyyətləri ilə bağlı məlumatlandırılıb.