twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın yanında Reklam üzrə Koordinasiya Şurası MDB ölkələrində maarifləndirici kampaniya başladıb

3 iyul 2023-cü il tarixində MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yanında Reklam üzrə Koordinasiya Şurasının fəaliyyəti çərçivəsində reklam qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində maarifləndirmə kampaniyası başladılıb.

Maarifləndirmə kampaniyası çərçivəsində MDB-yə üzv ölkələrdə reklam fəaliyyətini tənzimləyən səlahiyyətli orqanların, həmçinin bu dövlətlərdə reklam bazarlarının iştirakçılarının rəsmi internet səhifələrində Reklam üzrə Koordinasiya Şurasının loqosu əks olunan infoqrafik materiallar yerləşdirilib.

Bu materiallarda reklam mətnlərində “ən yaxşı”, “ilk” sözlərindən istifadə qaydaları da daxil olmaqla reklam materiallarının hazırlanmasına dair ümumi qaydaları əhatə edir.

Bu layihə sahibkarlara hazırladıqları reklamların istehlakçıları cəlbetmə xüsusiyyəti və reklam qanunvericiliyinə uyğunluğu baxımından qiymətləndirməyə kömək edəcək.

Qeyd edək ki, MDB üzv ölkələrin reklam fəaliyyətini tənzimləyən səlahiyyətli orqanlarının nümayəndələri və MDB üzv dövlətlərin reklam bazarlarının iştirakçıları Reklam üzrə Koordinasiya Şurasının 23 may 2023-cü il tarixində keçirilən növbədənkənar iclasında maarifləndirmə kampaniyasının başlanması barədə qərar qəbul edib.

MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası yanında Reklam üzrə Koordinasiya Şurası 2004-cü ildə yaradılıb.

Şuranın əsas məqsədi 19 dekabr 2003-cü il tarixli reklam fəaliyyətinin tənzimlənməsi sahəsində MDB üzv dövlətlərin əməkdaşlığı haqqında Sazişin icrası istiqamətində üzv dövlətlərin fəaliyyətini əlaqələndirməkdir.