İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ölkəmizdə fəaliyyət göstərən biznes assosiasiyaların nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Alman-Azərbaycan Xarici Ticarət Palatası və digər təşkilatların nümayəndələri iştirak edib.
Görüşdə qiymətlərlə manipulyasiya edilməsi, qiymət ayrı-seçkiliyinin bazarlara təsiri və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət, reklam sahəsində haqsız rəqabətə səbəb olan hallar, əmtəə nişanlarından qanunsuz istifadə məsələləri barədə fikir mübadiləsi aparılıb, sağlam rəqabətin formalaşmasında ictimai birliklərin rol vurğulanıb.
Tədbir iştirakçılarına antiinhisar qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.