Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ölkədə metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartlarının tətbiqi sayğacların ölçmə dəqiqliyinin və etibarlılığının yüksəldilməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən metrologiya sahəsi üzrə 3 yeni dövlət standartı qəbul edilib:

  • AZS EN 12261:2026 “Qaz sayğacları. Turbinli qaz sayğacları”;
  • AZS EN 14236:2026 “Ultrason məişət qaz sayğacları”;
  • AZS ISO 4892-3:2026 “Plastiklər. Laboratoriya işıq mənbələrinin təsirinə məruz qalma metodları. Hissə 3: UB lüminessent lampalar”.

Sözügedən dövlət standartları sayğacların işləmə prinsiplərinə, təhlükəsizliyinə, istehsalına, sınaqlarına, eləcə də plastik məmulatların günəş şüalanmasının təsiri nəticəsində rəng, möhkəmlik və digər fiziki xüsusiyyətlərində baş verə biləcək dəyişikliklərin qiymətləndirilməsinə dair müvafiq tələbləri müəyyən edir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin nəzdində təsis edilən “Metrologiya sahəsi” Standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 47) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.