Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub
Məlumat verdiyimiz kimi, mobil telefon cihazları bazarında antiinhisar qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə aparılan araşdırmalar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “İMPERİUS” MMC, “V TELCOM” MMC və “BUL ELECTRONİCS” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdır.
İşəbaxma zamanı təsərrüfat subyektləri tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına tam həcmdə təqdim edildiyi üçün işə xitam verilib.