Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentliyin “E-tender.gov.az” və “Istehlakchi.gov.az” platformaları “MilliNet2025” çərçivəsində mükafatlandırıldı

Ölkədə informasiya texnologiyalarının inkişafına, rəqəmsal xidmətlərin genişləndirilməsinə və innovativ onlayn resursların təşviqinə töhfə verən layihələr sırasında “E-tender.gov.az” və “Istehlakchi.gov.az” platformaları da mükafatlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan rəqəmsal informasiya sistemləri Milli İnternet Mükafatı - MilliNet2025 çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az” müsabiqədə “İlin rəqəmsal hökumət həlli” nominasiyası üzrə qalib seçilib. “İlin rəqəmsal sosial resursu” nominasiyasında isə “Istehlakchi.gov.az” platforması ikinci yerə layiq görülüb.

Qeyd edək ki, MilliNet 2025-də 13 nominasiya üzrə ümumilikdə 179 rəqəmsal resurs müsabiqəyə təqdim olunub.

Qeyd: Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsi hər il ölkənin ən yaxşı rəqəmsal resurslarının tanıdılması, müvafiq sektorda rəqabətli mühitin formalaşdırılması və rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstəyin göstərilməsi məqsədilə keçirilir.