twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Standartlaşdırma sahəsində Azərbaycan və Qazaxıstanın əlaqələri genişlənir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart) arasında standartlaşma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb.

Müqaviləyə əsasən,  Azərbaycan və Qazaxıstanın standartlaşdırma üzrə milli qurumları qarşılıqlı olaraq bu ölkələrin dövlət standartlarını qəbul, tətbiq və tərcümə etmək, rəsmi nəşrlərinin yayımını təşkil etmək və tətbiqinə icazə vermək hüququna malikdir.

Qeyd edək ki, sənəd Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında iqtisadi-ticarət missiyası və birgə biznes-forumu çərçivəsində imzalanıb.