Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə Rəqabət Məcəlləsinin tətbiqinə dair növbəti maarifləndirici seminar keçirilib

Müxtəlif əmtəə və xidmət bazarlarında fəaliyyət göstərən təsərrüfat subyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rəqabət qanunvericiliyinin tələbləri və tətbiqi mexanizmləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsinin tələblərinə dair növbəti maarifləndirici seminar keçirilib. Tədbirdə qida və qeyri-qida, inşaat materialları, dərman vasitələri məhsullarının istehsalı və satışı ilə məşğul olan 20-dən çox biznes subyekti iştirak edib.

Tədbir zamanı Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Famil Nəcəfzadə rəqabətin iqtisadi mahiyyəti və rəqabət siyasətinin məqsədi, bu sahədə müvafiq orqanın vəzifələri, eləcə də rəqabət qanunvericiliyinin tələbləri barədə məlumat verib. Bildirilib ki, sağlam rəqabət mühitinin formalaşdırılması sahibkarlar üçün bərabər imkanların təmin edilməsi və istehlakçı maraqlarının qorunmasına xidmət edir.

Daha sonra həmin şöbənin sektor müdiri İmanqulu Muradzadə “Rəqabəti məhdudlaşdıran sazişlər: üfüqi və şaquli sazişlər, uyğunlaşdırılmış hərəkətlər və kartel sövdələşmələri” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı rəqabəti məhdudlaşdıran sazişlərin hüquqi qiymətləndirilməsi və yol verilmiş pozuntulara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə ətraflı məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əyani nümunələr əsasında izahlar verilib.