twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Mediatorlar üçün təşkil olunan təlimlərin üçüncü mərhələsi başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçı hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarının üçüncü mərhələsi başa çatıb. Kursları bitirən daha 35 mediatora sertifikatlar təqdim olunub.

Mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və iki gün davam edən təlimlərdə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri, istehlakçının hüquq və vəzifələri, istehlak bazarına nəzarət tədbirləri, təbii inhisarlara dövlət nəzarəti barədə məlumat verilib.

Qeyd edək ki, bu cür təlimlərin davamlı təşkil olunması istehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanın tətbiqinə, bu sahədə mediatorların bilik və təcrübəsini artıraraq fəaliyyətlərinin daha effektiv qurulmasına və nəticə etibarı ilə məhkəmələrin iş yükünün azalmasına xidmət edir.