ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti barəsində qərarlar qəbul edilib

Məlumat verdiyimiz kimi, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlak bazarında araşdırmaların aparılması tələb olunan sənəd və məlumatları təqdim etmədiklərinə görə mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti barəsində iş qaldırılıb.

Nəticədə “SOLITON LTD” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib. İşəbaxılma zamanı “İnteqral” QSC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar tam həcmdə təqdim edildiyi üçün həmin təsərrüfat subyektləri barəsində qaldırılmış işə xitam verilib.