Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AzMİ-də Ümumdünya Metrologiya Günü qeyd olunub

Tədbirdə metrologiya sahəsində əldə edilmiş nailiyyətlər, müasir laboratoriya infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) 20 May – Ümumdünya Metrologiya Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış edərək ölkədə metroloji infrastruktur və ölçmə imkanlarının genişləndirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Ölkə başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində metrologiya sahəsinə göstərilən xüsusi diqqət vurğulanıb. Azərbaycan Metrologiya İnstitutunun nəzdində yeni laboratoriyaların yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərin ölkənin davamlı inkişafına mühüm töhfə verdiyi bildirilib.

Daha sonra AzMİ-nin baş direktoru Xamis Seyranov və baş direktor müavini Madar Quliyev təqdimatla çıxış edərək İnstitutun fəaliyyəti, son dövrlərdə görülmüş işlər, həyata keçirilən layihələr, eləcə də Azərbaycanda metrologiya xidmətinin inkişaf tarixi, müasir laboratoriya infrastrukturu və strateji hədəflər barədə məlumat veriblər.

Tədbirdə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) direktoru Dr. Annette Koonun təbrik mesajı və Azərbaycanda metrologiya xidmətinin inkişaf tarixini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd: 2023-cü ilin noyabr ayında UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında 20 may tarixinin hər il Ümumdünya Metrologiya Günü kimi qeyd olunması rəsmi şəkildə tanınıb.