twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Kommunal sahədə fəaliyyət göstərən təşkilatlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib. "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov, "Azəriqaz" İstehsalat Birliyinin direktoru Ruslan Əliyev və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənovun iştirakı ilə keçirilən görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı görülən işlər, qarşıya qoyulan məqsədlər barədə məlumat verib, bu sahədə təbii inhisar subyektləri ilə əməkdaşlığın önəmini qeyd edib. Görüşdə ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərində kommunal sferada fəaliyyət göstərən qurumların rolu vurğulanıb, sahibkarlıq subyektlərinin ehtiyaclarının çevik qarşılanması zəruriliyi diqqətə çatdırılıb.

Tədbirdə əhalinin az təminatlı təbəqələrinin mənafelərinin müdafiəsi, sahibkarların kommunal xidmətlərə qoşulmaq barədə müraciətlərinə operativ qaydada baxılması, enerji və su təchizatı sahəsində istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi barədə müzakirələr aparılıb.