Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirilib

Görüş zamanı Mentorluq Proqramı çərçivəsində fərdi inkişaf hədəflərinin reallaşdırılması və peşəkar bacarıqların təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti görüşünü keçirib.

Görüş zamanı fərdi inkişaf proqramının icrası, əldə olunan nəticələr və növbəti mərhələdə qarşıda duran hədəflər müzakirə edilib. Həmçinin liderlik keyfiyyətlərinin, strateji və analitik düşünmə bacarıqlarının gücləndirilməsi, eləcə də peşəkar yüksəliş üçün yeni imkanların müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorların rəhbərliyi ilə bir il müddətində fərdi inkişaf proqramında iştirak edirlər.