twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Neft və Sənaye Universiteti ilə əməkdaşlıq genişlənir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və  Universitetin rektoru Mustafa Babanlı imzalayıblar.

Memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili, tədris müəssisəsini xüsusi fərqlənmə ilə  bitirmiş məzunların işlə təmin olunması ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması, Universitetdə “karyera günləri”nin keçirilməsi məsələləri də əks olunub.